Tramp Kanadadan sonra Qrenlandiyaya da göz dikdi: Mülkiyyətimizə keçməlidir

Tramp Kanadadan sonra Qrenlandiyaya da göz dikdi: Mülkiyyətimizə keçməlidir

Hazırda oxunan: Tramp Kanadadan sonra Qrenlandiyaya da göz dikdi: Mülkiyyətimizə keçməlidir

226515

Danimarkanın bir hissəsi olan Qrenlandiya adası Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Qrenlandiyaya sahiblik və nəzarət mütləq zərurətdir.

Tramp bunun bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, bu müddət öncə Tramp eyni fikirləri Kanada haqqında da səsləndirmişdi. O qeyd etmişdi ki, Kanada ABŞ-ın yeni ştatına çevrilməlidir.

Dünən isə Ağ Evin yeni sahibi Panama kanalının rəsmi Vaşinqtonun nəzarətinə keçməyin vacibliyini demişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO