Ukraynaya hərbi yardımın çatdırılmasının koordinasiyasını ABŞ əvəzinə NATO ölkələri öz üzərinə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Nəşr yazıb ki, bu addım əvvəlcədən planlaşdırılsa da, bir neçə ay gecikdirilib.
Bir çoxları Kiyevin silahlanma prosesini seçilmiş prezident Donald Trampın administrasiyası dövründə mümkün təchizat dondurulmasından qorumaq cəhdi kimi qiymətləndirir.
Eyni zamanda, adı açıqlanmayan diplomatların fikrincə, səlahiyyətlərin NATO-ya verilməsi məhdud effekt verəcək. Bu, onunla əlaqədardır ki, ABŞ bütün alyans ölkələri arasında Kiyevə əsas silah tədarükçüsüdür. Tramp Ukraynaya yardımı dayandırsa, yeni addımın az effekti olacaq.
Qeyd edilib ki, daha əvvəl məlum olub ki, Tramp dekabrın 7-də Parisdə keçirdiyi görüşdə Ukrayna prezidenti Volodimir Zelenskiyə Kiyevin NATO-ya üzv olmasını dəstəkləmədiyini deyib.
Bizim.Media