Bəşər Əsəd rejiminin devrilməsindən bəri Suriyanın mərkəzi bankında təxminən 26 ton qızıl qalıb. 2011-ci ildə vətəndaş müharibəsi zamanı da ölkənin bu həcmdə qızılı olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı 4 məlumatlı mənbə Reuters agentliyinə bildirib.
Qeyd ediblər ki, Suriyanın az nağd valyuta ehtiyatları qalıb.
Mənbələrdən biri deyib ki, Suriyanın mərkəzi bankında 200 milyon dollar nağd valyuta ehtiyatları var.
Başqa bir mənbə dollar ehtiyatlarının “yüz milyonlarla” olduğunu söyləyib.
Xatırladaq ki, ötən həftə Suriyanın mərkəzi bankının kassasına yeni rejimin nümayəndələri tərəfindən baxış keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:50 / 17.12.2024
Suriyanın Əsəddən sonra 26 ton qızılı qalıb
Hazırda oxunan: Suriyanın Əsəddən sonra 26 ton qızılı qalıb
Hazırda oxunan: Suriyanın Əsəddən sonra 26 ton qızılı qalıb
225622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.