"Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Nazirliyin Mətbuat Xidməti Y.Gülərin çıxışının mətnini yayıb.
Nazir bildirib ki, Ankara bu mövzuda iki ölkənin ortaya qoyduğu səyləri və son zamanlar qət olunan yolu məmnunluqla qarşılayır.
Y.Gülər qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və verməyə davam edir:
"Bu gün Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq. "Bir millət - iki dövlət" şüarı ilə əlaqələrimizi başda müdafiə sənayesi və hərbi əməkdaşlıq olmaqla bütün sahələrdə ən yuxarı səviyyəyə qaldırmağa çalışırıq", - Y.Gülər vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:08 / 15.12.2024
Yaşar Gülər: "Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq"
Hazırda oxunan: Yaşar Gülər: "Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq"
Hazırda oxunan: Yaşar Gülər: "Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq"
225374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.