Bəşər Əsəd hökumətinin süqutundan sonra Hizbullah artıq hərbi dəstək baxımından Suriya üzərindən fəaliyyət göstərə bilməz.
Bizim.Media xəbər verir ki, bunu Livan “Hizbullah”ının lideri Nəim Qasım televiziya çıxışında bildirib.
“Hizbullah Suriyadan keçən hərbi təchizat xəttini itirdi və “Müqavimət oxu” vəziyyətə uyğunlaşmalıdır… Suriyada yeni hökumət İsraillə əlaqələr qurmamalıdır. Ümid edirik ki, onlar İsrailə düşmən kimi baxacaq və onunla münasibətləri normallaşdırmağa çalışmayacaqlar. İsraillə atəşkəs razılaşması o demək deyil ki, Hizbullah silahlarını yerə qoymağa məcburdur”, - deyə Nəim Qasım bildirib.
Xatırladaq ki, Hizbullah və İran Bəşər Əsədin müttəfiqləri idilər və müxalifəti məhv etmək üçün on ildən çox vətəndaş müharibəsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:30 / 15.12.2024
Hizbullah lideri: “Suriyadan keçən hərbi təchizat xəttini itirdik”
Hazırda oxunan: Hizbullah lideri: “Suriyadan keçən hərbi təchizat xəttini itirdik”
Hazırda oxunan: Hizbullah lideri: “Suriyadan keçən hərbi təchizat xəttini itirdik”
225336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.