Avstraliyanın qərbində yerləşən Banberi şəhəri bir possumun (Avstraliyada yaşayan gəmirici heyvan növü – red.) elektrik kabelinə toxunması səbəbindən işıqsız qalıb.
Bizim.Media “South Western Times” nəşrinə istinadən xəbər verir ki, hadisə dekabrın 10-da axşam saatlarında baş verib.
“Western Power” enerji şirkətinin nümayəndəsinin sözlərinə görə, heyvan elektrik xəttinin açıq hissəsinə toxunub. Nəticədə Banberidə 12 min ev və ticarət obyekti işıqsız qalıb.
Nəşr xəbər verir ki, bir neçə saatdan sonra şəhərdə elektrik enerjisinin verilişi bərpa edilib.
Qeyd edək ki, possumlar mütəmadi olaraq elektrik xətləri üzərində hərəkət edirlər. Onların vaxtaşırı naqillərə toxunması elektrik enerjisinin kəsilməsinə səbəb olur.
Bizim.Media