Moskvada MDB ölkələrinin hökumət başçıları memorandum imzaladı

Moskvada MDB ölkələrinin hökumət başçıları memorandum imzaladı

Hazırda oxunan: Moskvada MDB ölkələrinin hökumət başçıları memorandum imzaladı

224943

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin hökumət başçıları nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Bizim.Media xəbər verir ki, Moskvada Bauman adına Moskva Dövlət Texniki Universitetinin konqres mərkəzində Rusiyanın baş naziri Mixail Mişustinin sədrliyi ilə MDB hökumət başçılarının iclası keçirilib.

"Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər arasında nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq haqqında Memorandum" MDB Hökumət Başçıları Şurasının iclasının yekunlarına dair sənədlərin imzalanması mərasimi zamanı elan edilib.

MDB ölkələrinin hökumət başçıları həmçinin penitensiar xidmətlər üçün kadr hazırlığı haqqında saziş imzalayıblar.

Xatırladaq ki, Azərbaycan Baş naziri Əli Əsədov da tədbirdə iştirak edib.

O, çıxışı zamanı bildirib ki, bu il Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verdi:


"Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra onun bütün ərazisində prezident və parlament seçkilərinin keçirilməsi tarixi hadisə oldu.

Bu tarixi hadisə keçmiş məcburi köçkünlərə öz doğma torpaqlarında yaradılmış seçki məntəqələrində səs verməyə imkan verdi".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO