Müharibəni udan HEYVANLAR – Çavuş meymun, casus siçanlar...

Müharibəni udan HEYVANLAR – Çavuş meymun, casus siçanlar...

Hazırda oxunan: Müharibəni udan HEYVANLAR – Çavuş meymun, casus siçanlar...

22362

Amerikalılar hərbi xidmətə şpits və çixuaxua itlərini cəlb edəcək. 

Bizim.Media xəbər verir ki, bu qərarı Pentaqonun rəhbəri Loyd Ostin verib. Onun fikrincə, heyvanlar döyüş zamanı insanların vəfalı köməkçisi olur.

Xoruz və müharibə

Bəzən döyüşlərin taleyi xoruzdan asılıdır. II Dünya Müharibəsi zamanı Pyotr Petroviç barədə əfsanələr dolaşırdı. Belə ki, sovet əsgərləri xoruzu yemlədikdən sonra quş qaçmağa başlayıb və qaqqıltısının səsi kömək edib ki, almanları əsir götürsünlər. Alman əsirlərin dediklərinə görə, xoruzun səsi onları çaşdırıb. Nemeslər ev heyvanının qaqqıltısını eşidib həmin ərazini yaşayış məntəqəsi sayaraq sovet hərbi hissəsi ilə rastlaşıb və təslim olmalı olublar.

Çavuş rütbəli meymun

1915-ci ildə Cənubi Afrika quru qoşunlarına gələn Albert Marr hərbi hissəyə xahişlə müraciət edib ki, xidmətə onun dostu olan Cekini də qəbul etsinlər. Ceki pavian cinsinənə aid meymundur. Sonradan çavuş rütbəsi alan meymun düşmıən hücumu barədə səngərdəki əsgərləri xəbərdar edirdi. 

SSRİ siçanları...

İkinci dünya savaşı zamanı Stalinqrad döyüşlərində Hitlerin 22 tanklıq diviziyası sovet siçanlarının qurbanı olub. Belə ki, şəhərin almanlardan xilası üçün sovet ordusu hücum edərkən həmin tank diviziyası alman yoldaşlarına kömək edə bilməyib. Çünki tankların elektrik naqili xüsusi təlim görmüş siçanlar tərəfindən gəmirilmişdi.

Qatil siçanlar!

2000-ci illərdə amerikalılar gəmiriciləri universal əsgərə çevirib. Alimlər siçan beyinin bəzi nahiyyələrinə lazer təması etməklə onları amansız qatilə döndəriblər. 

Mina təmizləyən siçovullar

Afrikanın Maqava adlı nəhəng siçovulu qızıl medal da alıb. Belə ki, bu siçovul xidməti ərzində 39 mina və 28 partlamamış sursat aşkarlayıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO