Bu il Çin avtomobil ixracına görə dünyada liderlik mövqeyinə yüksəlib.
Sfera.az xəbər verir ki, “AlixPartners” araşdırma bürosunun açıqladığı məlumatlara görə, Çin xüsusilə Rusiyaya ixracın artması hesabına liderliyə yüksələ bilib.
2023-cü ilin birinci rübündə Çin 1,07 milyon ədəd avtomobil ixrac edərək Yaponiyanı geridə qoyub. İxrac edilən avtomobilin 112 min ədədi Rusiyaya satılıb. Çin 2022-ci ilin 12 ayı ərzində Rusiyaya bu sayda avtomobil satmışdı.
Proqnozlara görə, Çin Avropa və ABŞ-də də bazar payını artıracaq. Adıçəkilən bazarlarda Çinin payının yaxın 3-4 ildə 67 faizə çatacağı gözlənilir.
Qeyd edək ki, Çin ən çox avtomobil istehsal edən ölkədir. Burada il ərzində 25-26 milyon ədəd avtomobil istehsal edilir ki, bu da dünya üzrə istehsalın 25-26 faizinə bərabərdir.
Vasif