“Böyük İsrail” planının NÖVBƏTİ MƏRHƏLƏSİ – İndi hədəfdə hansı ÖLKƏDİR?

“Böyük İsrail” planının NÖVBƏTİ MƏRHƏLƏSİ – İndi hədəfdə hansı ÖLKƏDİR?

Hazırda oxunan: “Böyük İsrail” planının NÖVBƏTİ MƏRHƏLƏSİ – İndi hədəfdə hansı ÖLKƏDİR?

222801

İsrail Livanla atəşkəsə nail olduqdan sonra indi də deyəsən Suriyanı hədəf götürüb. Belə ki, Livanla atəşkəsdən dərhal sonra İsrail aviasiyası hava hücumları ilə Suriyanın bir sıra obyektlərinə aviazərbələr endirib. Eyni anda Suriyadakı terror qruplaşmaları da Əsəd hakimiyyətinə qarşı hücumlara başlayıblar.

Bu isə “Böyük İsrail” ideyasını yenidən gündəmə gətirib.

Əslində bu ideya İsrail dövlətinin yarandığı tarixdən, yəni 1948-ci ildən bəri gündəmdədir. Bir çox analitiklər Yaxın Şərqdəki münaqişələrin də məhz bu ideyadan qaynaqlandığını düşünürlər.

İsrail keçən əsrin 40-cı illərin sonlarından üzü bəri regionda aparılan müharibələr nəticəsində qonşu ərəb ölkələri hesabına öz ərazisinin müəyyən qədər genişlənməsinə nail olub. Bunun özü də tədricən “Böyük İsrail” planının həyata keçirildiyini düşünməyə əsas verir. Digər tərəfdən, İsraildəki bəzi dini və millətçi dairələr sözügedən planı ölkənin gələcək sərhədləri üçün yol xəritəsi kimi şərh edirlər.

“Livanla atəşkəsdən sonra Suriya ön plana keçib”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə belə bir yanaşmanın İsrailin ənənəvi siyasəti olduğunu düşünür:

“İsrailin Suriyaya qarşı müharibəsi onsuz da kəsilməyib. Bütün bu onilliklər ərzində İsrail Suriyaya mütəmadi hücumlar edir. Onun ərazilərini işğal edir, siyasi və hərbi hədəflərini bombalayır, insanları öldürür. Təl-Əviv hazırda “Hizbullah”la atəşkəs elan edib. Ona görə də müharibə xəbərləri ikinci səhifəyə keçib. Daha Livandan hərbi xəbərlər gəlmədiyinə görə, Suriyadan gələn hərbi xəbərlər əsas olmağa başlayıb. Amma burada heç bir yenilik yoxdur. Bu İsrailin həmişəki siyasətidir. Bununla onlar qarşı tərəfin müqavimətini əzməyə çalışırlar”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO