“Tramp dövründə ABŞ-ın Azərbaycanla münasibətlərinin Bayden administrasiyasına nisbətdə müsbət istiqamətdə inkişaf edəcəyi gözlənilir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı siyasi ekspert İrina Tsukerman deyib.
Azərbaycan lideri İlham Əliyevlə Donald Tramp arasında baş tutan telefon danışığını şərh edən Tsukerman, ABŞ-Azərbaycan münasibətlərində yüksəlişin olacağına ümidvar olduğunu bildirib.
“Tramp dönəmində ABŞ-ın Cənubi Qafqaza baxışı müsbət mənada dəyişəcək. Tramp əsasən biznesə önəm verəcək, siyasi cəhətdən münasibətlər müdafiə mövqeyində olacaq və bu qəbildən olan problemləri həll etməyə çalışacaq. Respublikaçılarının hakimiyyətdə olması erməni lobbisinin fəaliyyətinə təsir göstərəcək və bu da Azərbaycana Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaları ləğv etməyə şans yaradacaq”, - deyə İ.Tsukerman qeyd edib.
“Erməni diasporu dayanmayacaq”
Erməni lobbisinin Tramp dönəmində uğursuz olacağını sözlərinə əlavə edən ekspert, daha detallı siyasi gedişlərə ehtiyacın olduğunu bildirib:
“Tramp dönəmində ölkələr arasında münasibətlər müsbət istiqamətdə irəliləyəcək ancaq biz yenədə ehtiyatlı olmalıyıq. Çünki erməni lobbisi hakimiyyət dəyişikliyinə görə dayanmayacaq, digər vasitələrə əl atmağa çalışacaq. Biz həm də ona görə ehtiyatlı olmalıyıq ki, erməni lobbisi Respublikaçılar partiyası ilə hər hansı bir şəkildə əməkdaşlıq etmək istəyəcəklər. Çünki erməni lobbilərinin çoxunun Rusiya ilə əlaqələri var və Rusiya istəyəcək ki, Tramp administrasiyası ilə əməkdaşlıq qursun”, - deyə İ.Tsukerman əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:30 / 28.11.2024
Amerikalı analitik: “Trampın hakimiyyəti erməni lobbisinin fəaliyyətini zəiflədəcək” – ÖZƏL
Hazırda oxunan: Amerikalı analitik: “Trampın hakimiyyəti erməni lobbisinin fəaliyyətini zəiflədəcək” – ÖZƏL
Hazırda oxunan: Amerikalı analitik: “Trampın hakimiyyəti erməni lobbisinin fəaliyyətini zəiflədəcək” – ÖZƏL
222667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.