Fəallar məktəbli qızlara hicabın vacibliyi və əhəmiyyəti haqda məlumat veriblər...
Bu günlərdə Rusiyanınxa0 Saratov şəhərindəki “Məktəb” adlı bazar məktəbində sinifdənkənar “Mən hicabı sevirəm”xa0 aksiyası keçirilib.
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərə görə,xa0 tədbir çərçivəsində “Dirçəliş” mədəni-maarif təşkilatının fəalları kiçik və orta qrup şagirdlərinə qız və qadınların örtünməsinin vacibliyi və əhəmiyyəti barədəxa0 məlumat veriblər. Görüş zamanı qızlar mövzu ilə bağlı sualları cavablandırıb, rebuslar, bulmacalar həll ediblər. Bundan sonra “Dirçəliş”xa0 aktivistlərixa0 məktəbli qızlara hicabın bağlanması haqda master-klass keçirərək onlara baş örtüyünün standart və kreativ üslublarını təklif ediblər.xa0

Bundan əlavə, yaradıcı müsabiqə də tamaşaçılarda xoş təəssürat yaradıb: azyaşlı qızlar rəngli qələmlərdən istifadə edərək müxtəlif hicab rəsmləri çəkiblər.
Tədbirin sonunda “Məktəb”in bütün qız şagirdlərinə şirin hədiyyələr paylanıb.
Sultan Laçın




























































































