Türkiyənin Antalya vilayətində hava limanında Rusiyaya məxsus SSJ-100 təyyarəsi yanıb.
Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, yanğın Soçidən uçan Azimut Hava Yollarına məxsus “Sukhoi Superjet 100-95LR” təyyarəsinin göyərtəsində baş verib.
Hadisə ilə bağlı təyyarənin endiyi enmə zolağı bağlanıb.
Məlumata görə təyyarənin göyərtəsindəki 79 sərnişin təxliyə edilib.
Bizim.Media