Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə Ukrayna tərəfindən zərbələr endirməyə icazə verib. Bu informasiyaya Moskvadan ilk reaksiya gəlib.
Bizim.Media xəbər verir ki, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov mövzuya münasibət bildirib.
Onun sözlərinə görə, Amerikanın Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə verilməsi üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxaran görünməmiş bir addımdır.
Vladimir Cabarov əlavə edib ki, Rusiyanın cavabı dərhal olacaq.
Bizim.Media