Almaniya kansleri Olaf Şolz niyə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına başlamaq qərarına gəldiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi yazıb.
Kanslerin sözlərinə görə, Amerika və Rusiya prezidentləri arasında danışıqlar aparılsa, mühüm Avropa ölkəsinin hökumət başçısı kənarda qalmamalıdır.
“Bəlkə də Almaniyada fərqli düşünənlər var, amma mən onlardan deyiləm”, - Şolz G20 sammitinə gəldiyi Rio-de-Janeyroda jurnalistlərə deyib.
Onun çıxışı "Welt" telekanalında yayımlanıb. Cümə günü baş tutan söhbət Berlinin təşəbbüsü ilə təşkil olunub. Kreml və Almaniya hökuməti söhbətin işgüzar, ətraflı və səmimi olduğunu təsdiqləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:08 / 17.11.2024
Şolz Putinə niyə zəng etdiyini AÇIQLADI
Hazırda oxunan: Şolz Putinə niyə zəng etdiyini AÇIQLADI
Hazırda oxunan: Şolz Putinə niyə zəng etdiyini AÇIQLADI
221112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.