G7 ölkələrindən Ukraynaya DƏSTƏK

G7 ölkələrindən Ukraynaya DƏSTƏK

Hazırda oxunan: G7 ölkələrindən Ukraynaya DƏSTƏK

221042

“Böyük Yeddiliyin” sədri İtaliyanın Baş naziri Ciorcia Meloninin təşəbbüsü ilə G7 ölkələrinin liderləri Rusiya-Ukraynaya müharibəsinin başlamasının mininci günü ilə əlaqədar bəyanat qəbul ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında bildirilir.

Məlumata görə, bəyanatda G7 liderləri rəsmi Kiyevə daimi dəstəyi yeniləyib, Ukraynanın suverenliyi, azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və yenidən qurulması uğrunda apardığı mübarizəyə töhfə verməkdə həmrəylik ifadə ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski isə rəsmi sosial şəbəkə hesabındakı paylaşımında İtaliyanın Baş nazirinə və bütün G7 liderlərinə ölkəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirdiyini qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO