Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-da prezident seçkilərində qalib gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox news” məlumat yayıb.
Mənbə qeyd edir ki, Tramp artıq 277 səslə qələbəni təmin edib. Demokratların namizədi Kamala Harris isə səslərin 226-nı toplayıb.
Demokratlara yaxınlığı ilə tanınan CNN telekanalı isə Trampın hazırki nəticələrə əsasən 266 səs topladığını bildirib. Mənbə qeyd edib ki, səslərin sayılmasının davam etdiyi ştatların hamısında Kamala Harris qələbə qazansa belə, Demokratların namizədinin tələb olunan 270 səsi toplaması mümkün deyil.
Qeyd edək ki, seçkilərdə qalib olmaq üçün 538 müşavirdən 270-nin səsini toplamaq kifayətdir.
Bizim.Media