“Vaşinqton və Brüsselin Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən sıxışdırıb çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini yalnız artırır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində bildirib.
“Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində - Cənubi Qafqaz ölkələri və qonşu tərəfdaş dövlətlər çərçivəsində, kənardan destruktiv müdaxilə istisna olmaqla, təsbit etmək vacibdir.
Vaşinqton və Brüsselin Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən sıxışdırıb çıxarmaq istəyi yalnız regionda təhlükəsizlik təhdidlərini artırır”, - Lavrov qeyd edib.
Bizim.Media