ABŞ-də keçirilən prezident seçkilərində namizəd Donald Tramp və xanımı Florida ştatının Palm-Biç seçki məntəqəsində səs verib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, səsvermədən sonra Tramp jurnalistlərin suallarını cavablayıb.
O, seçkidə qalib gələcəyinə dair əminliyini ifadə edib:
“Bunu dediyimə peşman ola bilərəm, amma qalib gələcəyimə əminəm”.
Daha sonra namizəd verdiyi vədlərdən qısaca danşıb:
“Hesab edirəm ki, immiqrasiya məsələsi bu seçkidə ən vacib məsələdir. İran məsələsinə gəlincə isə, biz Tehranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik”.
Xatırladaq ki, bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçirilir. Prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisdir.
Bizim.Media