G7 dövlətləri Rusiya və Şimali Koreyaya qarşı tədbir görməyə HAZIRLAŞIR

G7 dövlətləri Rusiya və Şimali Koreyaya qarşı tədbir görməyə HAZIRLAŞIR

Hazırda oxunan: G7 dövlətləri Rusiya və Şimali Koreyaya qarşı tədbir görməyə HAZIRLAŞIR

219383

Yeddilik Qrupu (G7) ölkələrinin, həmçinin Yeni Zelandiya, Avstraliya və Cənubi Koreyanın xarici işlər nazirləri Şimali Koreya (KXDR) qoşunlarının Rusiyada yerləşdirilməsi ilə bağlı məlumatla bağlı “ciddi narahatlıq” ifadə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə G7 dövlətlərinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

Bildirilib ki, tərəflər cavab tədbirləri üzərində beynəlxalq tərəfdaşlarla birlikdə işləyirlər:
 

“Biz KXDR ilə Rusiya arasında artan hərbi əməkdaşlığı, o cümlədən KXDR ixracını və Rusiyanın BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq Şimali Koreyadan qeyri-qanuni ballistik raketlər əldə etməsini qəti şəkildə pisləyirik”.


Qeyd edək ki, Şimali Koreya Rusiyaya 1500 hərbçi göndərib. Həmçinin Hazırda Rusiyadakı hərbi bazalarda 3 min koreyalı hərbçi PUA idarəetməsi üzrə təlim keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO