Bu gün İran prezidenti Məsud Pezeşkian ölkədə iqtisadi vəziyyətin ağır olmasından söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə İSNA agentliyi yazıb.
Mənbə qeyd edir ki, o, iqtisadi vəziyyətin pis olduğunu etiraf edərək bildirib ki, bu gün hökumətin qarşısında duran şey tammiqyaslı iqtisadi müharibədir.
Məsud Pezeşkian vurğulayıb ki, cəmiyyətə gerçəkləri demək lazımdır və insanlar ölkənin iqtisadi müharibə ilə üz-üzə olduğunu bilməlidirlər.
Pezeşkian qeyd edib ki, düşmən İranı hərbi sahədə məğlub edə bilməz, ancaq iqtisadi savaşda problem var.
Bizim.Media