“İndi biz Rusiyanın Şimali Koreyadan olan əsgərləri düşərgələrə topladığını görürük. Kifayət qədər uzaq məsafədən zərbə endirmək imkanımız olsaydı, qabaqlayıcı zərbə endirə bilərdik. Bu, tərəfdaşlarımızdan asılıdır”.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O qeyd edib ki, aşkar təhlükəyə baxmayaraq, ABŞ, Böyük Britaniya və Almaniya yalnız vəziyyəti izləməklə kifayətlənirlər:
“Hamı Şimali Koreya ordusunun ukraynalıları vurmağa başlamasını gözləyir. Dünyada Rusiyanın Ukraynaya qarşı bu müharibəsinin genişlənməməsini və Avropadan gələn müharibənin dünyanın digər bölgələrinə yayılmamasını həqiqətən istəyən hər kəs sadəcə seyr etməkdən daha çox iş görməlidir. Biz hərəkətə keçməliyik”, - Zelenski əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:08 / 02.11.2024
“Tərəfdaşlarımız yalnız vəziyyəti izləyir” – Zelenski
Hazırda oxunan: “Tərəfdaşlarımız yalnız vəziyyəti izləyir” – Zelenski
Hazırda oxunan: “Tərəfdaşlarımız yalnız vəziyyəti izləyir” – Zelenski
218890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.