Rusiya silahlı qüvvələri Xarkovda polis idarəsinə raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusu şəhərdəki polis qərargahına iki raket atıb.
Hücum nəticəsində bir polis məmuru həlak olub, 40 nəfər yaralanıb.
Onlardan 30-nun polis əməkdaşı, qalanlarının xilasedicilər və mülki şəxslər olduğu qeyd edilib.
Bizim.Media