Ermənilər Azərbaycanın Xarkovdakı konsulluğunu atəşə tutdu - VİDEO

Ermənilər Azərbaycanın Xarkovdakı konsulluğunu atəşə tutdu - VİDEO

Hazırda oxunan: Ermənilər Azərbaycanın Xarkovdakı konsulluğunu atəşə tutdu - VİDEO

2184

Bu gecə yerli vaxtla saat 02:30-da iki naməlum kişi Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edib. Onlar səsboğucu tapançadan 6 atəş açıblar.

Bizim.Media-nın Vesti.az-a istinadən xəbərinə görə, güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib.

Hadisə konsulluğun nəzarət kameraları tərəfindən qeydə alınıb. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

İstisna deyil ki, konsulluğa hücuma səbəb son günlər Azərbaycan Ordusunun Qarabağdakı əks hücum əməliyyatları və nəticədə uzun illər işğalda olan torpaqların azad edilməsidir.

Qeyd edək ki, bir müddət əvvəl  Estoniyada da oxşar hadisə olmuşdu. Estoniya KİV-lərinin məlumatına görə, oktyabrın 25-də maska taxmış naməlum şəxs Tallindəki İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.

Hadisə İslam mərkəzinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Şahidlərin sözlərinə görə, kişi rus dilində “Bu, Məhəmmədə bir hədiyyədir” deyib.

“Ölkəmizlə Baltikyanı respublikalar arasında yaxşı münasibətləri pozmağa çalışan Ermənistan tərəfindən Azərbaycana qarşı açıq bir təxribat var. Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən hansı “fırtınalı” işlərin aparıldığını nəzərə alsaq, bu biabırçı hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının imzası hiss olunur.

Əminliklə deyə bilərik ki, bu təxribatı törədən estoniyalı əvvəllər Ermənistan xüsusi xidmət orqanları tərəfindən işə götürülüb və onların agentidir. Buna görə də Estoniyanın səlahiyyətli qurumları səfir Mkrtçyanın təxribatçı fəaliyyətlərinə diqqətlə yanaşsalar, yaxşı olardı” -deyə Estoniya KİV-lərində qeyd olunub.

Bizim.Media
 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO