Talibandan daha bir QADAĞA: Bu dəfə televiziyalar bağlandı

Talibandan daha bir QADAĞA: Bu dəfə televiziyalar bağlandı

Hazırda oxunan: Talibandan daha bir QADAĞA: Bu dəfə televiziyalar bağlandı

218380

Əfqanıstanda azadlıqları məhdudlaşdırmağa və sərt qanunlar tətbiq etməyə davam edən Taliban hökuməti yeni qərarında televiziya kanallarından öz proqramlarını yalnız audio formatda yayımlamağı tələb edib.

Bizim.Media xəbər verir ki, "Əl-Ərəbiyyə" xəbər agentliyi öz mənbələrinə istinadən bildirib ki, Əfqanıstan Milli Radio və Televiziyasının baş direktoru Qari Yusuf Əhmədi ötən həftə televiziya və radio şəbəkələrinin rəhbərləri ilə görüşündə deyib ki, Taliban lideri Molla Hebətullah Axundzadə "canlıları təsvir etdikləri üçün" televiziya kanallarının yayımını dayandırmaq üçün təzyiq göstərilməsini tələb edib.
 

MÖVZU İLƏ BAĞLI:

Taliban qadınların qohumu olmayan kişilərə baxmasını QADAĞAN ETDİ


Onun sözlərinə görə, bu sərəncam əsasında televiziya kanalları dayandırılaraq radiostansiyaya çevriləcək.

Qeyd edilib ki, Qəndəhar da daxil olmaqla, 10 vilayətdə bu gündən etibarən rəsmi televiziya yayımları dayandırılıb və proqramlar audio formatda yayımlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO