Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra 213 terrorçu məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“470-dən çox nöqtə hədəf alındı. Məsul cinayətkarlar da daxil olmaqla ümumilikdə 213 terrorçu məhv edilib.
Türkiyə Silahlı Qüvvələrimiz və MİT şəhidlərimizin qanını yerdə qoymadı. Terror təşkilatlarına komandanlıq edərək ölkəmizin gündəmini müəyyənləşdirməyə çalışanları da məyus edəcəyik.
Türkiyəyə xəyanət edənlərin aqibəti pis olacaq”, - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, ötən həftə Ankarada TUSAŞ-ın istehsal zavoduna terror hücumu olub. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Bizim.Media