Bu gün Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilib.
Bizim.Media xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 20:00-dək fəaliyyət göstərib.
Cari seçkilərdə avtomatlaşdırılmış seçki idarəetmə sisteminin elektron seçici siyahısında 19 milyon 944 min seçici qeydə alınıb. Bundan başqa, xaricdə 165 631 seçici qeydə alınıb.
Yerli vaxtla saat 17:00-a olan məlumata görə, Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52 faiz təşkil edib.
O cümlədən, MDB, ŞƏT və Türk Dövlətləri Təşkilatının missiyaları çərçivəsində seçki prosesinin monitorinqində 850-dən çox xarici və beynəlxalq müşahidəçi iştirak edib.
Seçkilərdə beş partiya iştirak edib: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.
Bizim.Media