Özbəkistanda parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçdi

Özbəkistanda parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçdi

Hazırda oxunan: Özbəkistanda parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçdi

218006

Özbəkistanda parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçərək 47,62 %-ə çatıb.

Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib.
 

Onun sözlərinə görə, seçici fəallığı seçkilərin baş tutmuş kimi tanınması üçün tələb olunan 33 %-lik həddi keçib.


Oktyabrın 27-də Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçirilir. İlk dəfədir ki, seçkilər majoritar sistemlə deyil, qarışıq seçki sistemi ilə - majoritar və proporsional sistemlə keçirilir.

150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında aşağı palataya seçiləcək, qalan 75 nəfər isə vahid seçki dairəsi üzrə siyasi partiyalara verilən səslərin sayına proporsional olaraq partiya siyahıları üzrə seçiləcək.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb.

Seçkilərdə 1000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir, onlardan 400-ə yaxını 50 ölkəni, 500-ə yaxını MDB, Türk Dövlətləri Təşkilatı, ŞƏT kimi beynəlxalq təşkilatları, 60 müşahidəçi isə 26 ölkənin seçki komissiyalarını təmsil edir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə 350, MDB dövlətləri isə 167 müşahidəçi göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO