Polşada radioda jurnalistlər işdən çıxarılıb süni intellektlə ƏVƏZLƏNDİ

Polşada radioda jurnalistlər işdən çıxarılıb süni intellektlə ƏVƏZLƏNDİ

Hazırda oxunan: Polşada radioda jurnalistlər işdən çıxarılıb süni intellektlə ƏVƏZLƏNDİ

217856

Polşada fəaliyyət göstərən radiolardan biri jurnalistləri işdən çıxarıb onları süni intellektin yaratdığı aparıcılarla əvəz edib.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, Krakovda yerləşən OFF radiodan bunun ilk təcrübə olduğunu bildiriblər.
 

Radiodan qeyd edilib ki, üç süni avatar xüsusi olaraq gənc dinləyiciləri hədəfləyərək mədəniyyət, incəsənət və sosial mövzularda çıxış edəcəklər.


Dəyişiklik ölkədə geniş müzakirələrə səbəb olub. Belə ki, sözügedən radionun aparıcısı Mateusz Demski işçilərin süni intellektlə dəyişdirilməsinə qarşı açıq məktub dərc edib. O, bu vəziyyətin təhlükəli olduğunu bildirib. 15 mindən çox şəxs Demskin çağırışna cavab verərək bunun əleyhinə olduqlarını vurğulayıblar.

Ölkənin rəqəmsal məsələlər nazirliyindən də müraciətə reaksiya verilib. Nazir Krzysztof Gawkowski süni intellektin istifadəsi ilə bağlı hüquqi tənzimləmələrin edilməsinin lazım olduğunu bildirib. O, süni intellektin geniş yayılmasının insanlara qarşı deyil, insanlar üçün olmalıdır, deyə qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO