Ankara şəhidlərinin kimliyi bəlli oldu - FOTO

Ankara şəhidlərinin kimliyi bəlli oldu - FOTO

Hazırda oxunan: Ankara şəhidlərinin kimliyi bəlli oldu - FOTO

217544

Türk Aviasiya Sənayesinin ürəyi sayılan TUSAŞ-ın Kahramankazan rayonundakı şəhərciyində törədilən terror aktı nəticəsində şəhid olan 5 vətəndaşın şəxsiyyəti məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki terror aktını törədənlərin KİMLİYİ bilindi


Bizim.Media xəbər verir ki, bu barədə informasiya "haberler.com" saytında yer alıb.

Mənbə xatırladır ki, Ankara dünən dəhşətli terror aktı ilə sarsılıb. 5-ci nəsil təyyarə istehsal edə bilən və Türkiyəni azsaylı ölkələr sırasına daxil edən Milli Döyüş Təyyarəsi KAAN da daxil olmaqla bir çox mühüm layihələri həyata keçirən TUSAŞA-a iki terrorçu hücum edib.

Daxili İşlər Naziri Ali Yerlikaya hücumun saat 15.26-da həyata keçirildiyini və dərhal hadisə yerinə jandarma və polis bölmələrinin gəldiyini, TUSAŞ qarşısında biri qadın olmaqla 2 terrorçunun ölü ələ keçirildiyini bildirib.

Hücumda Türkiyənin 5 vətəndaşı şəhid olub, TUSAŞ-ın 22 məmuru isə yaralanıb.

Vitse prezident Cevdet Yılmaz yaralılarla bağlı açıqlamasında "Yeddi polisimiz yaralanıb, amma vəziyyətləri yaxşıdır. Əksəriyyəti xəstəxanalarımızda saxlanılır. Hər ehtimala qarşı müşahidə altındadırlar. Bir nəfər ağır yaralıdır, qalanları isə əsasən yüngül xəsarətlərlə xəstəxanalara gəliblər. Tibbi heyətimiz sağlamlıqlarına əmin olduqdan sonra onlar evə buraxılacaqlar”, - deyib.

Şəhidlərin adları

TUSAŞ-da törədilən terror aktında şəhid olanların kimliyi məlum olub. Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, hücumda mühəndis-mexanik Zahide Güçlü, keyfiyyətə nəzarət zabiti Cengiz Coşkun, işçi Həsən Hüseyn Cambaz, təhlükəsizlik işçisi Atakan Şahin Ərdoğan və taksi sürücüsü Murat Arslanın şəhid olub.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO