İsrailli politoloq: “İrana cavab zərbəsi bu tarixdə endiriləcək” – EKSLÜZİV

İsrailli politoloq: “İrana cavab zərbəsi bu tarixdə endiriləcək” – EKSLÜZİV

Hazırda oxunan: İsrailli politoloq: “İrana cavab zərbəsi bu tarixdə endiriləcək” – EKSLÜZİV

217379

“Oktyarbrın 20-də İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” terror təşkilatının iqtisadi gücü kimi xarakterizə edə biləcəyimiz maliyyə mənbələrinin yerləşdiyi binalara çox ciddi hava zərbələri endirib. Hazırda İsrail mediasında əks olunduğu kimi, İsrail Hizbullahın Livan ərazisindən tamamilə ləğvi və zərərsizləşdirilməsindən başqa bir yol görmür”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Təl-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin tədqiqatçısı, israilli politoloq Dr. Hay Eytan Koen Yanarocak deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail İrana necə və nə vaxt CAVAB VERƏCƏK?


“Bayramdan sonra cavab veriləcək”

İsrailin oktybarın 20-də “Hizbullah”a qarşı başlatdığı hərbi əməliyyatları şərh edən Yanarocak, İsrailin həm də İrana qarşı mübarizə apardığını bildirib.

“Ona görə də görürük ki, İranın İsrail ətrafında qurduğu bu “od halqaları” həm Livanda, həm də Qəzzada tamamilə aradan qaldırılıb. Bu birincidir. İkincisi, İsrail çox güman ki, İrandan qisas alacaq. Yəhudilərin bir-birinin ardınca qeyd etdikləri bayramlar olub. Bu bayramların sonuna yaxınlaşırıq. Gələn həftədən etibarən, bu bayram şənliklərinin sona çatmasından sonra böyük ehtimalla İsrailin cavabı gələcək. Mən belə düşünürəm. Soruşursunuz ki, regional müharibə olacaq, ya olmayacaq? Biz artıq 7 oktyabr 2023-cü ildən regional müharibədəyik. Artıq torpaqlarımız Yəmən, İran, Livan, İraq və Suriya tərəfindən hücuma məruz qalıb”, - deyə Yanarocak qeyd edib.

Müharibə genişlənə bilər

İsrailin İrana sərt cavab tədbirləri görəcəyini deyən analitik, yaxın günlərdə böyük müharibənin olacağını da istisna etmir:

“Biz artıq regional müharibəni yaşayırıq. Üstəlik, İran hər iki hücumunda bunu artıq bizə göstərib. Biz İranın bütün kartlarını görmüşük. Allaha şükürlər olsun ki, İranın heç bir səy göstərmədən həyata keçirdiyi raket hücumları nəticəsində İsrailə heç bir şey olmadı. Heç bir israillinin də burnu qanamayıb.

Bu, təbii ki, İsrailin aktiv və passiv hava hücumundan müdafiə sistemlərinin tətbiqi sayəsində böyük uğuru idi. Bu sistemləri çox mürəkkəb adlandıra bilərik. Ona görə də bir İsrail vətəndaşı kimi İranın İsrailin cavab tədbirinə reaksiyası məni heç bir şəkildə qorxutmur. Düşünürəm ki, İranı regional təhlükədən uzaqlaşdırmağın vaxtı çatıb”, - deyə Yanarocak əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO