Lavrov “3+3” platformasının İstanbul görüşündə İŞTİRAK EDƏCƏK?

Lavrov “3+3” platformasının İstanbul görüşündə İŞTİRAK EDƏCƏK?

Hazırda oxunan: Lavrov “3+3” platformasının İstanbul görüşündə İŞTİRAK EDƏCƏK?

216365

Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrovun Türkiyəyə səfərinin məqsədi İstanbulda keçiriləcək “3+3” Regional Əməkdaşlıq Platformasının iclasında iştirak etməkdir.

Zaxarova qeyd edib ki, ölkəsi “3+3” regional əməkdaşlıq formatına Cənubi Qafqazda və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olunması üçün səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, ticarət-iqtisadi, nəqliyyat-logostika, mədəniyyət-humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üçün imkanlar kimi baxır.

Rusiya XİN sözçüsü onu da bildirib ki, İstanbulda məlum tədbir çərçivəsində Lavrovun ikitərəfli görüşləri də planlaşdırılıb.

Xatırladaq ki, adıçəkilən tədbirdə Azərbaycan, Türkiyə, İran və Ermənistanın XİN rəhbərlərinin də iştirakı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO