Tallin şəhərinin icra hakimiyyəti “Moskva bulvarı”nın adının “Saaremaa bulvarı” olaraq dəyişdirilməsi barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə ERR radiostansiyası məlumat yayıb.
Mənbə qeyd edir ki, Tallin meriyası 1986-cı ildən “Moskva bulvarı” adlanan şəhər bulvarının adını “etibarsız tanıyıb”.
2022-ci ilin martında qeyri-parlament partiyası “Yaşıl Estoniya” Tallin hakimiyyətinə “Moskva bulvarı”nın adının “Kiyev bulvarı” olaraq dəyişdirilməsi təklifi ilə müraciət edib. Sonra şəhərin meri Estoniyada "artıq mövcud adların dəyişdirilməsi ənənəsinin olmadığını" söyləyib.
2024-cü ildə şəhər hökumətinin dəyişilməsindən sonra “Oteçestvo” partiyası bəyan edib ki, “Moskva bulvarı”nın adının dəyişdirilməsi “son dərəcə vacibdir və bu, “Lasnamye sakinlərinin təfəkkürünün dəyişdirilməsi” maraqları naminə həyata keçiriləcək.
Rusiyanın Ukraynaya hücumundan sonra Riqada da “Moskva bağı”nın adı “Latgalski parkı” adlandırıldı. Parkın əsası ötən əsrin 30-cu illərinin sonlarında qoyulub və ilk dəfə “Latqalski bağı” kimi tanınıb.
Bizim.Media