Rusiyada təyyarə qəzaya uğradı: Sərnişin həlak oldu - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Sərnişin həlak oldu - FOTO

Hazırda oxunan: Rusiyada təyyarə qəzaya uğradı: Sərnişin həlak oldu - FOTO

215804

Rusiyanın An-3 AK Borus təyyarəsi bu gün, oktyabrın 13-də Yakutiyanın Olekminski rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində sərnişinlərdən biri dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) Fövqəladə Hallar Nazirliyinin İdarəsi məlumat yayıb.

Bəyanatda bildirilir ki, təyyarə Olekminsk şəhərindən 1,5 kilometr aralıda "təcili eniş" edib:

"Təyyarənin göyərtəsində 3 ekipaj üzvü və 2 sərnişin də daxil olmaqla 5 nəfər olub".

Rusiya mətbuatı və Telegram kanallarının məlumatına görə, təyyarə Olekminskdən  Jeleznoqorsk istiqamətinə uçurmuş. Fəlakətin ilkin səbəbi kimi mühərrikin nasazlığı deyilir.

Nəticədə pilot təcili eniş etmək qərarına gəlib. Lakin Olekminsk yaxınlığında qəzaya uğrayıb.

Rusiya mətbuatı yazır ki, təyyarədə olan sərnişinlər qızıl çıxaran şirkətin podratçılarıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO