"Məni öldürmək istəyirlər".
Bizim.Media xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov yerli sakinlərlə görüşü zamanı deyib.
O, çıxışında öldürülməsinə göstəriş verənlər barədə geniş danışıb.
Çeçenistan lideri həmin şəxslərin adlarını da açıqlayıb.
Bunlar Rusiya Dövlət Dumasının deputatları - Bekxan Baraxoyev, Rizvan Kurbanov və milyarder senator Süleyman Kərimovdur.
“Onların öz biznesləri var. Sadəcə olaraq bu qadının (adı açıqlanmır -red.) biznesini ələ keçiriblər, hətta məni öldürməyi də əmr ediblər”, deyə o, vurğulayıb.
Kadırov həmin şəxslərə qarşı rəsmən qan davası elan edib: “Mən rəsmən Bekhan Baraxoyev, Süleyman Kərimov və Rizvan Kurbanova qan davası açıram. Mən qafqazlıyam, çeçenəm”.
O, həmçinin qeyd edib ki, sui-qəsdi təsdiq edən şahidləri də var.
Bizim.Media