HƏMAS və FƏTH hərəkatları Qəzza zolağının birgə idarə olunmasına dair razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Nəşr yazır ki, qərar oktyabrın 8-də Qahirədə keçirilən məsləhətləşmələr zamanı qəbul edilib.
Komitə inzibati cəhətdən Fələstin Muxtariyyəti ilə əlaqəli olacaq və müxtəlif Fələstin fraksiyalarının üzvü olmayan 10-15 nəfərdən ibarət olacaq.
Bildirilib ki, yeni yeni ittifaq beynəlxalq təşkilatlar və Fələstin hökumətinin büdcəsindən maliyyələşəcək.
Bizim.Media