Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Moskva Ukraynadakı müharibəni dayandırmağa hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Newsweek jurnalına müsahibəsində bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin Kiyev qarşısındakı digər tələblərini də xatırladıb.
"Xüsusilə, Ukrayna Silahlı Qüvvələri Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılsın və bu bölgələr Rusiya ərazisi kimi tanınsın. Bundan əlavə, Putin Ukraynanın bloklara qoşulmamaq və nüvəsiz statusunun möhkəmləndirilməsini, habelə ölkənin demilitarizasiyasını və denazifikasiyasını tələb edib.
Kiyev isə bu tələbə avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verdi. Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər altında xüsusi əməliyyatımızı davam etdirməkdən başqa çarəmiz yoxdur”, - deyə Lavrov bildirib.
Bizim.Media