Harris İranı ABŞ-ın "əsas düşməni" adlandırdı

Harris İranı ABŞ-ın "əsas düşməni" adlandırdı

Hazırda oxunan: Harris İranı ABŞ-ın "əsas düşməni" adlandırdı

215045

ABŞ-ın vitse-prezidenti və ən yüksək hökumət postuna demokrat namizəd Kamala Harris seçkilərdə qalib gəlsə, Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində açıqlayıb.

“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı öz sözünü deməlidir”.

Beynəlxalq münasibətlərə gəlincə xanım diplomat bildirib ki, İran dünyanın bütün ölkələri arasında ABŞ-ın əsas düşmənidir: “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”.

ABŞ-ın vitse-prezidenti qeyd edib ki, Vaşinqton “Vahid Çin” siyasətinə əməl etməlidir: “Lakin bura Tayvanın özünümüdafiə imkanlarının dəstəklənməsi, o cümlədən Tayvan boğazında azadlığı təmin etmək üçün nə etməli olduğumuz daxildir. Biz Çinlə, xüsusən də hərbi əlaqələri açıq saxlamalıyıq”.


Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO