Son həftələr Zəngəzur dəhlizi ağrısı ilə miqreni tutan İranın başı indi daha bərk ağrıyır. İsrail boyda dərdi var. Dünyanın intizarına son qoyub cəsarətlənməyi bacardı. Həmas lideri Haniyə, Hizbullah lideri Nəsrullah, SEPAH komandiri Nilfruşan.
Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun Xəbər” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, İran bu üç önəmli şəxsinin intiqamını oktyabrın 1-də aldı:
“Qisasın qısa xülasəsi: İsrailə atılan 180 ballistik raket, 1 ölü. Ölən də fələstinli idi. Həmin gün İsraildə törədilən terror aktı bu hücumdan daha çox can aldı - 7 ölü. İranın İsrailə zərbələri tarixdə ən böyük ballistik raket hücumu hesab edilir. Raketlərdən çox azı hədəfi vura bildi. Amma İran Nevatim aviabazasının zərər görməsinə nail oldu. Hər halda göstərdi ki, kütləvi ballistik raket buraxa, “Dəmir Günbəz”i yara bilir. Qisas belə olmalı idimi? Tehranın potensialını düşünsək, bəlkə də bu, İran üçün güclü hesab edilə bilər.
İranlılar da belə düşünmüş olmalıdır ki, gecə küçələrə çıxıb bayram edirdilər. İran mediası xalqı inandırmışdı ki, İran İsraili məhv edir. Onların sevincinə ermənilər də qoşulmuşdu.
Həmin axşam Ermənistan mediası özünü İran mətbuatı kimi aparırdı. Cavabın necəliyindən asılı olmayaraq, İran gözləniləni etdi. İndi gözlər İsraildədir.
İranın cavabı nə vaxt və necə veriləcək? Netanyahu əmin edir ki, cavab mütləq olacaq. İsrailə zərbənin xeyir-duasını İranın Ali lideri Xamenei vermişdi. Onu buna SEPAH əmin etmişdi. İran güclü görünmək istəyirsə, yeganə yol İsrailə cavab verməkdir. SEPAH İran prezidentini isə saya salmamışdı”.
Daha ətraflı videomaterialda:
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:10 / 06.10.2024
İranın cavabı nə vaxt və necə veriləcək? - VİDEO
Hazırda oxunan: İranın cavabı nə vaxt və necə veriləcək? - VİDEO
Hazırda oxunan: İranın cavabı nə vaxt və necə veriləcək? - VİDEO
214861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.