İlon Mask: “ABŞ-da demokratiyanı saxlamaq üçün Tramp seçkilərdə qalib gəlməlidir” - VİDEO

İlon Mask: “ABŞ-da demokratiyanı saxlamaq üçün Tramp seçkilərdə qalib gəlməlidir” - VİDEO

Hazırda oxunan: İlon Mask: “ABŞ-da demokratiyanı saxlamaq üçün Tramp seçkilərdə qalib gəlməlidir” - VİDEO

214771

"ABŞ-da demokratiyanı qoruyub saxlamaq üçün Tramp seçkilərdə qalib gəlməlidir”.

Bizim.Media xəbər verir ki, bu fikri səsələndirməklə ABŞ-lı milyarder İlon Musk seçkinin ən mühüm ştatlarından biri olan Pensilvaniyada keçirilən mitinqdə Donald Trampı dəstəkləyib.

Xatırladaq ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iyulun 13-də ona sui-qəsd cəhdi ilə başa çatan kampaniyasını davam etdirmək üçün Pensilvaniya ştatının Butler şəhərinə qayıdıb.

X-nin sahibi İlon Mask mitinqdə onunla danışıb və toplaşanları 5 noyabr seçkilərində Trampı dəstəkləməyə çağırıb.

Belə bir kampaniya şousu Trampa rəqibi (vitse-prezident Kamala Harris) üzərində Pensilvaniyada qalib gəlməyə kömək etməlidir.

“Əvvəllər burada dediyim kimi...”. Donald Tramp şənbə günü Pensilvaniya ştatının Balter şəhərində keçirilən mitinqdə çıxışına bu sözlərlə başlayıb. Gülləkeçirməz şüşə arxasında onu dinləyən tərəfdarları zarafatı alqışlayıblar. Tramp Butlerə sonuncu dəfə iyulun 13-də, sui-qəsdə məruz qaldığı gün gəlib.

Ona 20 yaşlı Tomas Metyu Kruks güllə atıb. Güllə Trampın qulağına dəyib. Kruks prezidentliyə namizədi qoruyan Məxfi Xidmət zabitləri tərəfindən güllələnərək öldürülməzdən əvvəl Trampın iki tərəfdarını öldürməyi bacarıb.

Sui-qəsd cəhdini xatırladan Tramp deyib ki, o zaman onun üçün “vaxt 15 saniyə dayanıb”. O, onu vuran adamı “qəddar canavar” və “cilovsuz şər”in məhsulu adlandırıb.

Daha sonra isə Floridada prezidentliyə namizədin həyatına növbəti sui-qəsd edilib, lakin orada heç bir atəş açılmayıb. BBC müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, Pensilvaniyada onun təhlükəsizliyi ümumiyyətlə snayperlər tərəfindən təmin edilib.

Trampın Butlerdəki mitinqdəki çıxışında onun tipik bəyanatları və vədləri olub: “Korrupsioner sistem”lə mübarizə aparmaq, ABŞ xarici siyasətinə “hörməti” bərpa etmək və cinayətkarların Amerikaya daxil olduğu “açıq sərhədləri” bağlamaq.

O, çıxışını “Amerika arzusunu qaytarmaq” və “hər bir ailəyə firavanlıq” vədi ilə yekunlaşdırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO