“ABŞ İsrailin İrana mümkün hücumunda iştirak etməyəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “Financal Times” nəşrinə məlumat veriblər.
Nəşrin yazdığına görə, ABŞ-ın yüksək rütbəli məmurları son günlər rəsmi Tel-Əvivlə İsrailin cavab tədbirlərinin miqyasını məhdudlaşdırmaq və daha böyük regional münaqişənin qarşısını almaq məqsədilə bir neçə dəfə danışıblar.
“ABŞ və İsrail nümayəndələri İsrailin İranın hərbi obyektlərinə və enerji infrastrukturuna zərbə endirmə ehtimalını müzakirə edirlər”, nəşr yazıb.
ABŞ nümayəndəsi bildirib ki, Vaşinqton zərbədə iştirak etmək niyyətində deyil.
Bizim.Media