Bu ölkədə helikopter qəzaya uğradı: Ekipaj həlak oldu

Bu ölkədə helikopter qəzaya uğradı: Ekipaj həlak oldu

Hazırda oxunan: Bu ölkədə helikopter qəzaya uğradı: Ekipaj həlak oldu

213750

Kolumbiyanın şərqində "Huey II" helikopterinin qəzaya uğraması nəticəsində ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) səkkiz üzvü həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə respublika prezidenti Qustavo Petro özünün "X" hesabında məlumat yayıb.
 

"Humanitar missiya ilə Viçada departamentində olan HHQ-nin səkkiz əməkdaşının həlak olduğunu elan etməkdən təəssüflənirəm. Ölkə üçün bu kədərli anda onların ailələri ilə həmrəy olduğumu bildirirəm", - o yazıb.


Kolumbiya HHQ qəza nəticəsində təyyarədə olan bütün personalın həlak olduğunu təsdiqləyib.

Qəza zamanı helikopter ekipajı tibbi evakuasiya missiyasını yerinə yetirirdi. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO