Zelenski: Tramp bizim tərəfimizdə olacaq

Zelenski: Tramp bizim tərəfimizdə olacaq

Hazırda oxunan: Zelenski: Tramp bizim tərəfimizdə olacaq

213671

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 27-də ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Donald Trampla görüşü “məhsuldar” adlandırıb.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bunu “Fox News” telekanalına müsahibəsində deyib.

Zelenski izah edib ki, Rusiyanın tammiqyaslı işğalının əvvəlindən Kiyevə dəstək verən ABŞ-a ehtiyacları var.

“Mənim üçün qələbəyə doğru addımlarımızı bölüşmək çox vacib idi, bu, bizi həqiqətən də döyüş meydanında güclü olmaq üçün gücləndirə bilər”, - deyə Zelenski bildirib. – “Seçkilərdən sonra nə baş verəcəyini və kimin prezident olacağını bilmirəm, amma mən Donald Trampdan onun bizim tərəfimizdə olacağı, Ukraynanı dəstəkləyəcəyi barədə birbaşa məlumat aldım”.

Prezidentin sözlərinə görə, söhbət zamanı Tramp ondan cəbhədəki real vəziyyət, eləcə də Ukraynanın ABŞ-dan hansı dəstəyi gördüyü və Rusiya prezidenti Vladimir Putinin niyə genişmiqyaslı işğala başladığı barədə soruşub.

Trampın həm Zelenski, həm də Putinlə yaxşı münasibətləri olduğuna dair sözlərini şərh edən Ukrayna prezidenti vurğulayıb: “Mən ümid edirəm ki, onun mənimlə daha isti münasibətləri olacaq və bunu bu görüş zamanı dedim. Həqiqətən də başa düşürəm ki, Donald Trampın Putinlə münasibəti var idi və o, prezident olanda da münasibəti olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO