Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölənlər və yaralılar var

Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölənlər və yaralılar var

Hazırda oxunan: Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölənlər və yaralılar var

213576

Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda baş verib.

Təyyarədə 14 nəfər olub, onlardan 6-sı ölüb, 8-i yaralanıb.

Qeyd edilib ki, helikopter Pakistanın neft kəşfiyyatı və hasilatı ilə məşğul olan “Mari Petroleum Limited” şirkətinə məxsus olub. O, texniki səbəblərdən neft yatağının yaxınlığında qəzaya uğrayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO