Bayden Ukraynaya əlavə "Patriot" raketləri verəcək

Bayden Ukraynaya əlavə "Patriot" raketləri verəcək

Hazırda oxunan: Bayden Ukraynaya əlavə "Patriot" raketləri verəcək

213262

ABŞ Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirmək üçün Ukraynanı əlavə "Patriot" raketləri və "Patriot" hava hücumundan müdafiə batareyası ilə təmin edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Bu, mənim bu ilin əvvəlində ABŞ-ın hava hücumundan müdafiə vasitələrinin ixracını Ukraynaya yönləndirmək qərarıma əsaslanır. Bu da gələn il ərzində Ukraynanı yüzlərlə əlavə "Patriot" və "AMRAAM" raketləri ilə təmin edəcək və Ukraynaya öz şəhərlərini və əhalisini müdafiə etməyə kömək edəcək”- deyə Co Baydenin bəyanatında bildirilib.

Bayden əlavə olaraq gələn il əlavə 18 pilotun hazırlanmasını dəstəkləmək məqsədi ilə Ukrayna F-16 pilotları üçün təlimləri genişləndirməyi planlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO