Ermənistanın ETA terror qruplaşması ilə əlaqəsi ifşa olundu

Ermənistanın ETA terror qruplaşması ilə əlaqəsi ifşa olundu

Hazırda oxunan: Ermənistanın ETA terror qruplaşması ilə əlaqəsi ifşa olundu

2129

Dünən qondarma Dağlıq Qarabağ Respublikasının ombudsmanı Artak Beqlarian İspaniya konqresinin millət vəkilləri ilə görüşüb. Məlumata görə, 3 noyabr tarixindən etibarən 25 deputatdan ibarət İspaniya heyəti Ermənistana gəlib.

Onlar İlk olaraq Gorus şəhərində səfərdə olublar və Dağlıq Qarabağı tərk etmiş sakinlərlə, Ermənistan kilsə xadimləri ilə görüşlər keçiriblər.

Parlamentarilər Dağlıq Qarabağa səfər etmək niyyətində olsalar da, təhülkəsizlik səbəbi ilə bu səfərləri yarımçıq qalıb.

Lakin onların qondarma rejimin ombudsmanı ilə görüşü dünən baş tutub. Görüş zamanı diqqət çəkən əsas məqam İspaniya konqresinin üzvləri arasında terrorçu quruplaşma ilə ciddi əlaqələrə malik olan şəxslərin yer alması olub.

İspan nümayəndə heyətinə İspaniyanın şimalında yerləşən və separatçı fəaliyyətləri ilə gündəmə gələn Bask bölgəsinin Gipuzkoa əyalətindən seçilmiş deputat Con İnarritu rəhbərlik edib. İnarritu Bask bölgəsində aktiv fəaliyyət aparan “Euskal Herri Bildu” partiyasının namizədidir.

Bu partiya ekstremist və millətçi separatist təmayülləri ilə seçilir və Bask bölgəsinin İspaniyadan ayrılmasının əsas tərəfdarlarından hesab edilir.

Partiya ETA terror təşkilatının siyasi qanadı olan “Batasuna” təşkilatı ilə sıx əlaqələrə malikdir.

EH Bildu partiyası adı 1969-2010-cu illər arasında bir çox terror aktlarında hallanan ETA terror təşkilatı ilə yanaşı çəkilir. ETA terror təşkilatı fəaliyyətini dondurduqdan sonra (2010) terror fəaliyyəti ilə məşğul olan üzvlər siyasi istiqamətə yönəlməyə qərar verib və “Batasuna” adlı qruplaşama yaradıblar.

“Batasuna” qruplaşması İspaniyada qadağan olunduqdan sonra əsas üzvləri 2011-ci ildə fərqli ad altında yeni partiya yaratmağa qərar veriblər. Yaradılan yeni partiya isə EH Bildu partiyası olub. EH Bildu partiyasının terrorçu qruplaşma ilə birbaşa əlaqələrinə görə 2011-ci ildə İspaniya höküməti tərəfindən fəaliyyəti qadağan edilib. Daha sonra küçə nümayişləri və narazılığın fonunda qadağa aradan qaldırılıb, partiyaya seçkilərdə iştiraka icazə verilib.

Dağlıq Qarabağda səfərdə olan parlamentarilərin əksəriyyəti, o cümlədən Con İnarritu, məhz bu partiyanın üzvləridir və keçmişləri ETA terror təşkilatı ilə birbaşa bağlıdır.

Partiya ilə qarşılıqlı əlaqəni mərkəzi Brüssel olan və 2009-cu ildə təsis edilmiş “Ermənistanın Avropadakı Dostları” təşkilatı təmin edir. 2014-cü ildə bu təşkilatın təşəbbüsü ilə Qondarma rejimin xarici işlər naziri Karen Mirzoyan Gipuzkoaya dəvət olunmuşdu. Təşkilatın fəaliyyəti nəticəsində Gipuzkoa prezidenti Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı bəyanat vermişdi.

Xatırladaq ki, 2013-cü ildə “Ermənistanın Avropadakı Dostları” təşkilatı, erməni diasporası ilə birgə Gipuzkoanın əyalətinin mərkəzi San-Sebastian şəhərindəki katedralın təmir və bərpasını öz üzərinə götürmüşdü.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO