Fransa xüsusi təyinatlılarını Martinikaya göndərdi - Nümayişləri yatıracaqlar

Fransa xüsusi təyinatlılarını Martinikaya göndərdi - Nümayişləri yatıracaqlar

Hazırda oxunan: Fransa xüsusi təyinatlılarını Martinikaya göndərdi - Nümayişləri yatıracaqlar

212603

Fransa hökuməti polisin xüsusi təyinatlıları “CRS 8”in (Səkkizinci Respublika Təhlükəsizlik Bölüyü) əməkdaşlarını bahalaşmaya qarşı nümayişlərin keçirildiyi Martinika adasına etirazların yatırılması üçün göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə polisdəki mənbəyə istinadən BFMTV kanalı məlumat yayıb.

Xüsusi bölmənin üzvləri şənbə günü axşam (21 sentyabr – Qeyd) adaya gəlib. 2021-ci ildə yaradılan “CRS 8” bölüyü nümayişlərin yatırılması üzrə ixtisaslaşıb.

Bundan əvvəl Martinika hakimiyyəti qiymət artımına qarşı nümayişlərdən sonra paytaxt Fort-de-Frans şəhərinin və Lamentin kommunasının bir neçə bölgəsində komendant saatı tətbiq edib.
 

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatına görə, hazırda bir sıra xarici ərazilərdə orta qiymətlər Avropa Fransasından yüksəkdir - xüsusilə Martinikada - 14%. Eyni zamanda, Martinikada yeməklər 40% bahadır.


Nümayişçilər magistral yolların ortasında barrikadalar qurublar, aclıqdan əziyyət çəkən yerli əhali adanın əsas limanına daxil olaraq qida ilə dolu olan bir neçə konteyneri açıb insanlara paylayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO