Zelenski “qələbə planı”nın hazır olduğunu ELAN ETDİ

Zelenski “qələbə planı”nın hazır olduğunu ELAN ETDİ

Hazırda oxunan: Zelenski “qələbə planı”nın hazır olduğunu ELAN ETDİ

211782

“Ukraynanın Rusiya ilə müharibədə qələbəsi planı 90%-dən çox hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi axşam müraciətində bildirib.

“Bütün gün ərzində müxtəlif formatlarda - bizim, Ukraynanın qələbə planının hazırlanmasına dair görüşlər, hər bir istiqamətdə siyasi, diplomatik, iqtisadi məsələlərlə bağlı görüşlər keçirilib. Ukrayna üçün lazım olan addımlar artıq dəqiq müəyyən edilib.

Hər bir addım üçün dəqiq məqamların siyahısı var, konkret nəyin zəruri olduğu, konkret olaraq nəyin gücləndirilməsinə çalışılacaq - hər şey planda qeyd edilib. Orada qeyri-mümkün bir şey yoxdur. Planın 90%-dən çoxu hazırdır”, - prezident bildirib.

Zelenski qeyd edib ki, sözügedən plan gələn həftə müttəfiqlərə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO