Ukrayna Kurskda əsir götürülən 103 hərbçini Rusiyaya qaytarıb

Ukrayna Kurskda əsir götürülən 103 hərbçini Rusiyaya qaytarıb

Hazırda oxunan: Ukrayna Kurskda əsir götürülən 103 hərbçini Rusiyaya qaytarıb

211434

Kursk ərazisində əsir götürülən 103 hərbçi Rusiyaya qaytarılıb.

Bizim.Meda xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, proses Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutub. Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də vaxtilə Kursk ərazisində əsir götürülüb 103 hərbçi Rusiyaya qaytarılıb.

Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.

Nazirlik hərbçilərə Rusiya ərazisində lazımi tibbi yardım göstəriləcəyini də açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO