Nebenzyadan XƏBƏRDARLIQ: NATO ölkələri bu halda Rusiya ilə birbaşa müharibəyə başlayacaqlar - VİDEO

Nebenzyadan XƏBƏRDARLIQ: NATO ölkələri bu halda Rusiya ilə birbaşa müharibəyə başlayacaqlar - VİDEO

Hazırda oxunan: Nebenzyadan XƏBƏRDARLIQ: NATO ölkələri bu halda Rusiya ilə birbaşa müharibəyə başlayacaqlar - VİDEO

211338

“Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin götürülməsi NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlaması anlamına gələcək”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O qeyd edib ki, rəsmi Moskva bütün nəticələri ilə müvafiq qərarlar qəbul etməyə məcbur olacaq.

“Belə olan halda biz, əlbəttə ki, Qərb təcavüzkarları üçün bütün nəticələri olan müvafiq qərarlar qəbul etməyə məcbur olacağıq. Qərbli həmkarlarımız artıq məsuliyyətdən yayına bilməyəcəklər və günahı Kiyevin üzərinə yıxa bilməyəcəklər”, - Nebenzya bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO